Paşinyanın iqamətgahını qarət etdilər, arvadının qızıllarını

2020-ci ilin noyabrın 10-da Ermənistan baş naziri Nikol Paşinyanın iqamətgahını qarət edən, parlamentin sözçüsü Ararat Mirzoyanı döyən şəxslər saxlanılıb.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan 2 şəxsin adı açıqlanmayıb.

Qeyd edilib ki, həmin şəxslər iğtişaşlarda iştirak etməklə yanaşı, Paşinyanın iqamətgahından 3,9 milyon dram (təxminən 9,8 min dollar) dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Oğurlanan zinət əşyaları Nikolun həyat yoldaşı Anna Akopyana məxsus qızıl saat, medalyon və bilərziklər olub. Həmin 2 şəxs daha sonra zinət əşyalarını kredit təşkilatında girov qoyub.

Məhkəmə həmin şəxslər barəsində 2 aylıq həbs qətimkan tədbiri qəbul edib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən hadisələr 2020-ci il noyabrın 10-da Paşinyanın təslim aktını - 10 noyabr Bəyanatını imzalanmasıdan sonra baş verib. Etirazçılar binaya soxulub, Paşinyanın ofisini dağıdıb və dövlət rəmzlərini götürüblər. Daha sonra parlamentə keçiblər və orada spiker Ararat Mirzoyanı döyüblər. Nəticədə o, yaralanıb və əməliyyat olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR