“Şamaxı” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

“Şamaxı” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Metbuat.az xəbər verir ki, komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəlib. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR