Tokayev parlamenti buraxdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin Aşağı Palatasının buraxılmasına dair sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, məlumatı “Zakon” yayıb.

Sərəncama əsasən, Aşağı Palataya növbədənkənar seçkilər martın 19-na təyin olunub.

Məlumata görə, seçkilər 2025-ci ildə keçirilməli idi. Ancaq Qazaxıstan Konstitusiyasında 2022-ci ildə edilən dəyişikliyi əsas götürən Tokayev növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə çıxış etmişdi.

Qeyd edək ki, o, yanvarın 19-da Aşağı Palatanın sədri və Baş nazirlə məclisin buraxılmasına dair məsləhətləşmə də aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR