Azərbaycanda qeydə alınan bu görüntülər görənləri heyrətləndirir -

Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub.

Metbuat.az xəbər verir ki, donan şəlalə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşən Suatan şəlaləsidir.

Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib.

Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir.

Daha ətraflı Baku TV-nin süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR