"Paşinyanın tez-tez alkoqollu içkilərlə dincəlməyə çalışdığı və hətta hökumət ofisində də həmişə viski masasının üstündə olması barədə davamlı söz-söhbətlər var".
Metbuat.az xəbər verir ki, bu fikirlər Ermənistan KİV-lərində yer alıb.
"Hraparak" nəşri yazır ki, Nikol Paşinyanın işçiləri “təmsil xərcləri” adı altında yeni alışlar edərək, alkaqollu içkilər alıblar: "Hətta bəzən Paşinyanın adına xüsusi yazı olan bahalı konyaklar hazırlayan və təmin edən konyak zavodundan brend içkilər sifariş edilir. Nazirə bir qayda olaraq içki hədiyyə verilir", - deyə nəşr qeyd edib.