Pul Ronaldonu "xoşbəxt etmədi":

Dünya çempionatından sonra gözlənilmədən “Əl-Nəsr” klubuna transfer olan Kriştiano Ronaldonun ilk oyunda uğursuz oynaması ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, Ronaldo transfer dövründə “Çelsi” və ya “Bavariya”ya getmək istəyib. Lakin danışıqlar uğursuz alınıb. Ronaldo meneceri Jorje Mendesə “bu iki klubdan birinə transfer olmaq istəyirəm. “Çelsi”, “Bavariya”ya keçərəm ya da yollarımız ayrılacaq” deyəndə “Sən dəlisən” cavabını alıb. Nəticədə tərəflər arasında münasibətlər gərginləşib. Ardınca Ronaldo Mendeslə əməkdaşlığı dayandırıb. İddialara görə, Ronaldo bu məsələyə görə hələ də yeni klubuna uyğunlaşa bilmir.

Qeyd edək ki, Ronaldo ilk oyununda “Əl İttifaq” klubuna qarşı oynayıb. Yeganə qolu Taliska vurub. Ronaldonun qol zamanı sevinməməsi də diqqətdən yayınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR