Bakıda restorana gedən əcnəbini peşiman etdilər -

Bakının Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR