Türkiyədə doktorantura təhsili almaq istəyənlərə xəbər var

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir.

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2023-cü il təyin edilib.

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR