Ərdoğandan mesaj: Elə bir şey edəcəyik ki, şoka düşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Qurana qarşı hörmətsizliyə imkan yaradan İsveç NATO-ya üzv olmaqla bağlı Türkiyədən dəstək ala bilməyəcək. Ankaranın Finlandiya ilə bağlı mövqeyi isə fərqlidir:

"Lazım gəlsə Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Biz bunu edəndə İsveç şoka düşəcək. Amma Finlandiya da eyni səhvi etməməlidir. İsveçə dedik ki, NATO-nu istəyirsənsə bu terrorçuları bizə təhvil verəcəksən. Onlara 120 nəfərlik siyahı vermişik. Yox biz konstitusiya dəyişikliyi etdik, yox, bunu etdik, yox, bunu etdik. Özlərini ələ salırlar. Bunlar Türkiyəni hələ tanımayıblar. Düşünürlər ki, Türkiyə 20 il, 30 il, 40 il əvvəlki Türkiyədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR