Futbolçuların meydançada bu hərəkəti etiraz yaratdı -

Fransa liqasının 20-ci turu çərçivəsində keçirilən "Monako"- "Marsel" oyunundan sonra diqqətçəkən hadisə baş verib.

Metbuat.az xəbər verir ki, "Monako"nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin "Marsel"in ukraynalı oyunçusu Ruslan Malinovski ilə qucaqlaşıb. Rusiya və Ukrayna arasında müharibənin getdiyi bir vaxtda ukraynalı futbolçunun rusiyalı rəqibi ilə səmimi olması etirazla qarşılanıb. Xüsusilə ukraynalı azarkeşlər buna sərt reaksiya veriblər. Etirazlardan sonra 29 yaşlı hücumçu Ruslan Malinovski üzr istəyib. O qeyd edib ki, oyundan sonra rusiyalı futbolçu yaxınlaşıb və o da rusiyalının jestinə cavab evrib.

“Oyundan sonra bütün oyunçular bir-biri ilə əl sıxır və mən bunu sırf mexaniki şəkildə etdim. Başa düşürəm ki, onun yanından ötüb keçmək daha yaxşı olardı” - ukraynalı futbolçu deyib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR