Böyük Britaniyaya məxsus “Trident” raketlərini daşıyan nüvə sualtı qayıqlarının birində dəhşətli hadisənin üstü açılıb.
Metbuat.az “The Sun”a istinadən xəbər verir ki, 88 milyon funt sterlinq dəyərindəki sualtı qayıqdakı reaktorun hissəsi zədələnib. Məlumata görə, zədələnmiş hissənin dəyişdirilməsinin vacib olduğu halda, o super yapışqanla yapışdırılıb. Məlum olub ki, təmirçilər reaktorun əriməsinə mane olan soyuducu borularındakı izolyasiyanı yerində saxlayan ən azı yeddi vasitəni yapışqanla təmir ediblər.
Heyət reaktoru maksimum gücdə çalışdırmazdan əvvəl yoxlama aparıb. Bu zamanı borulardan birinin sıradan çıxdığı aşkar edilib. Müdafiə naziri Ben Uolles məsələ barədə təcili araşdırmanın aparılmasını tələb edib.