Xətaidə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə dəyəri 300 manat olan mobil telefonu ələ keçirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev saxlanılıb.O, izahatında törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR