Bakıda 45 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb.

Metbuat.az xəbər verirki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bu haqda məlumat yayılıb.

Bildirilib ki, fevralın 2-i saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs - qadının keçmiş həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR