Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsi davam edir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 3-də valyuta bazarında 1 ABŞ dollarının məzənnəsi 50 türk lirəsinə çatıb. Beləliklə, 100 dolların dəyəri 5 min lirə olub. Bu göstərici yeni türk lirəsinin dövriyyəyə buraxıldığı 2005-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.

Son bir ildə dolların lirə qarşısında təxminən 19 faiz bahalaşması Türkiyə iqtisadiyyatında valyuta təzyiqlərinin davam etdiyini göstərir.