55 yaşlı futbolçu yeni müqaviləyə imza atdı -

Yaponiya millisinin 55 yaşlı hücumçusu Kazuyoşi Miura icarə əsasında Portuqaliyanın 2-ci Futbol Liqası komandası olan "Oliveyrense"də çıxış edəcək.

Metbuat.az xəbər verir ki, Yaponiya klublarından başqa Braziliyanın “Santos”, “Palmeiras” və “Koritiba”, İtaliyanın “Cenoya”, Xorvatiyanın “Dinamo Zaqreb” və “Sidney” komandalarında da çıxış edən “Kral Kazu” ləqəbli futbolçunun yeni dayanacağı Portuqaliya olub. Futbolçunun son klubu isə "Yokohama" idi. Transferlə bağlı açıqlama verən Kazuyoşi Miura 60 yaşına qədər futbol oynamaq istədiyini vurğulayaraq "Yeni bir ölkəyə gəldim. Çox çalışaraq hər kəsə necə futbolçu olduğumu göstərəcəyəm" deyib.

Miura 1990-2000-ci illərdə çıxış etdiyi Yaponiya millisində 89 dəfə meydana çıxıb və 55 qol vurub. Təcrübəli futbolçu klub karyerasında 700 matçda 193 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR