Zəlzələdən sonra tarixi Qaziantep qalası dağıldı -

Xəbər verdiyimiz kimi, fevralın 6-da saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Qaziantep, Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində böyük dağıntılar olub. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Metbuat.az xəbər verir ki, təbii fəlakət nəticəsində Qaziantepin mərkəzində təpədə inşa edilən, şəhərin simvollarından biri olan tarixi Qaziantep qalası qismən dağılıb. Qalanın cənub-şərqindəki bürc və onun ətrafındakı zolaq ciddi zədələnib.

Tarixə əsasən bu qalanın Bizans dövründə müşahidə məqsədi ilə istifadə edildiyi məlumdur. Qala müəyyən zaman ərzində dəfələrlə bərpa olunub. Tarixi Qaziantep qalasında sonuncu bərpa quruculuq işləri 2000-ci illərin əvvəllərində aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR