Türkiyə Maskın təklifini qəbul etmədi

Amerikalı iş adamı İlon Mask “SpaceX” şirkəti rəsmi Ankaradan icazə alan kimi Türkiyəyə “Starlink” peyk rabitə sistemləri göndərməyə hazır olduğunu bildirmişdi.

Metbuat.az “Bloomberg“ə istinadən xəbər verir ki, Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün “Starlink” peyk rabitə sistemlərini bağışlamaq təklifini qəbul etməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR