Dediyi meyxana ilə qara “Range Rover”i papulyarlaşdıran Baləli öz maşını ilə kameraya düşüb.

Metbuat.az Avtosfer.az-a istinadən xəbər verir ki, son model “Range Rover” markalı avtomobil idarə edən meyxanaçının maşınının maraqlı nömrə nişanı var - 10-JJ-059.

Qeyd edək ki, Baləli digər tanınmış meyxanaçı Pərviz Bülbülə ilə deyişmə zamanı “Mən qara Range Roverəm, sən bala Chevrolet” qafiyəsi ilə trendə çevrilib.