Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxdı -

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb.

Metbuat.az "Habertürk"ə istinadən xəbər verir ki, zəlzələlərdən sonra İskəndərunun bəzi küçələri su altında qalıb və bu səbəbdən də bölgədə nəqliyyat sıxlığı meydana gəlib.

Məlumata görə, yalnız yollar su altında qalıb, evləri su basması barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR