Türkiyədəki zəlzələ ilə bağlı ən yüksək fövqəladə vəziyyət elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı Türkiyə və Suriyanın şimal-qərb bölgələrində dağıntılara səbəb olan zəlzələlərlə bağlı 3-cü səviyyəli “Fövqəladə vəziyyət" elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın Avropa Regional Direktoru Hans Kluge açıqlama verib. O bildirib ki, 3-cü səviyyə ən yüksək həyəcan səviyyəsidir. Onun sözlərinə görə, 3-cu səviyyəli fövqəladə ən yüksək fövqəladə hal kimi qiymətləndirilir. Təşkilatın Avropa qruplarının Qaziantep, Ankara və İstanbulda fəaliyyət göstərdiyini qeyd edən Kluge, Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib. O, beynəlxalq ictimaiyyəti Türkiyəyə dəstəyini artırmağa çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR