Qəbələdə təsirləndirən görüntü:

Bir neçə gündür ki, Azərbaycanda Türkiyədə zəlzələnin yaratdığı dəhşətli fəsadlardan zərər çəkən insanlara kömək məqsədi ilə yardım kompaniyası keçirilir.

Yaşlı cavan fərq etmədən minlərlə vətəndaşımız axın-axın yardımların toplandığı məntəqələrə gələrək bu ağır gündə qardaş ölkəyə kömək əlini uzatmağa çalışırlar.

Metbuat.az xəbər verir ki, Qəbələ şəhərində belə yardımların toplandığı məntəqədə maraqlı hadisə yaşanıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə yardım üçün gələn qadının "orada hava daha soyuq olar" deyib əynindəki paltosunu da çıxararaq yardım üçün verdiyi əks olunub.

İzlədikcə təsirləndirən həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR