Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyəyə gedəcəyi vaxt bəlli olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu sabah Konya şəhərinə yollanacaq.

Emreli icarə əsasında "Konyaspor"un formasını geyinəcək. Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.