Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumatı təsdiqləyib.
Qeyd edək ki, Fəxrəddin Qurbanov ötən ilin oktyabrında Prezident ilham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.