Naməlum uçan obyekt vuruldu - Dünya heyrət içində /

ABŞ Kanada ilə sərhəd bölgəsindəki Huron gölü üzərində uçan naməlum obyekti vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Pentaqon sözçüsü Patrik Rayder bildirib ki, naməlum obyekt Prezident Co Baydenin təlimatı ilə F-16 təyyarəsi ilə vurulub. Naməlum obyket 6 kilometr yüksəklikdə uçurmuş. Məlumata görə, obyektin uçuş hündürlüyü mülki aviasiya üçün təhlükə yarada bildiyi üçün vurulub. Vurulan obyekt barədə ictimaiyyətə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində naməlum obyektlərin uçduğu barədə məlumatlar səsləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR