200 saatdan sonra MÖCÜZƏ:

Türkiyənin Hatay vilayətinin Mərkəzi Antakya rayonunda dağılmış binanın dağıntıları altında qalan 26 yaşlı qadın 201 saat sonra xilas edilib.

Metbuat.az xəbər verir ki, Zonguldakdan bölgəyə gedən Türkiyə Daşkömür Təşkilatının mədənçilər və axtarış-xilasetmə qrupları, zəlzələdən dağılmış binanın dağıntıları altından 26 yaşlı Əminə Ağgülü xilas ediblər. Müəllimə olduğu deyilən Ağgül dağıntılar altından 201 saat sonra xilas edilərək təcili yardımla xəstəxanaya aparılıb.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR