Bu gün Premyer Liqanın 23-cü turu çərçivəsində Bakının “Neftçi” klubu “Səbail”i qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun “ağ-qara”ların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra “Neftçi” 48 xalla turnir cədvəlinin 3-cü pilləsində möhkəmlənib.

“Neftçi” – “Səbail” 3:0

Qol: Kenni Sayef, 8 (pen), Emin Mahmudov, 48 (pen), Mateus Saldanya, 74