Vətən müharibəsi şəhidinin atası vəfat etdi -

Vətən müharibəsi şəhidi Ruslan Rəcəbovun atası Rəcəb Rəcəbov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, mərhum Bakıda vəfat edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.

O, “Qarabağ ordeni”, “Vətən uğurunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzuli azad olunmasına görə”, “Xocavədin azad olunmasına görə” ,“Qubadlının azad olunmasına görə”medalları ilə təltif olunub.

Bir 1 nəfər şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR