Mahir "Fənərbaxça" ilə oyunda debüt edə bilər

Azərbaycan millisinin "Konyaspor"a transfer olunan futbolçusu Mahir Emreli Türkiyə klubunda komanda ilə məşqlərə qatılır.

Metbuat.az xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 14-cü turunun "Fənərbaxça" ilə təxirə salınan matçı üçün hazırlıq prosesində iştirak edir. Bildirilir ki, Mahir "Fənərbaxça" ilə oyunda meydana çıxa bilər.

Belə olacağı halda millimizin üzvü "Konyaspor"da debüt edəcək.

Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR