Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb:

“Dağıntılar altından bir nəfər xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir”.

Vitse-prezident Fuat Oktay isə bildirib ki, baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.