Əfsanə geri qayıdır -

“Real Madrid” Braziliya millisinin çalışdırmağa hazırlaşan baş məşqçi Karlo Ançelottinin yerinə 3 namizədi nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki,Fichajes” “Real Madrid”in gündəmində olan 3 məşqçinin adını açıqlayıb. Bildirilir ki, “Real Madrid”in ilk hədəfi "Çelsi"nin keçmiş baş məşqçisi Tomas Tuçeldir. Digəri daha əvvəl Madrid klubunu çalışdıran Zinəddin Zidandır. Məlumata görə, “Real Madrid”də bir sıra şəxslər baş məşqçi postuna Raul Qonzalesin təyin olunmasını istəyirlər. Klub rəhbərliyi də keçmiş futbolçunun baş məşqçi postuna gətirilməsinin tərəfdarı olsa da, onun təcrübəsiz olmasına görə ehtiyat edir. Raulun təyinatı fanatlar arasında xoş qarşılanacağına görə, o bu posta iddialı hesab edilir.

Qeyd edək ki, Karlo Ançelottinin klubla müqaviləsi 2024-cü ildə başa çatır. İddialara görə, Ançelotti Braziliya millisini çalışdırmağa razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR