İlin ən yaxşı futbolçusu SEÇİLDİ

FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

Metbuat.az xəbər verir ki, "The Best" mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplaya bilib. Üçüncü sıradakı İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzemanın 34 xalı var.

1. Lionel Messi (Argentina, PSJ) - 52 xal

2. Kilian Mbappe (Fransa, PSJ) - 44

3. Kərim Benzema (Fransa, "Real Madrid") - 34

4. Luka Modriç (Xorvatiya, "Real Madrid") - 28

5. Erlinq Holann (Norveç, "Mançester Siti") - 24

6. Sadio Mane (Seneqal, "Bavariya") - 19

7. Xulian Alvares (Argentina, "Mançester Siti") - 17

8. Əşrəf Hakimi (Mərakeş, PSJ) - 15

9. Neymar (Braziliya, PSJ) - 13

10. Kevin De Bruyne (Belçika, "Mançester Siti") - 10

11. Vinisius Junior (Braziliya, "Real Madrid") - 10

12. Robert Levandovski (Polşa, "Barselona") - 7

13. Cud Bellingem (İngiltərə, "Borussiya") - 3

14. Məhəmməd Salah (Misir, "Liverpul") - 2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR