İlin transferi gəlir: Poqba bu Türkiyə klubunda futbol oynamaq istədiyini açıqladı

Ulduz futbolçu Nikolo Zaniolonu heyətinə qatan “Qalatasaray” yeni iddialı transferə hazırlaşır.

Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın yeni hədəfi Pol Poqbadır. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, menecerlərin Poqbanı "Qalatasaray"a təklif etdiyi iddia edilir. "Qalatasaray"ın maliyyə məsələləri yaxşı olarsa transferə razılıq verdiyi bildirilir. “Mançester Yunayted”dən keçmiş komandası “Yuventus”a qayıdan Poqba İtaliyada davamlı forma geyinə bilmir.

Qeyd edək ki, "Qalatasaray"ın “Yuventus”un digər ulduz futbolçusu Anxel Di Marianı da transfer etməyə çalışdığı irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR