"Rusiya Azərbaycan-Ermənistan müstəvisində ipin ucunu əlindən qaçıraraq Avropa Birliyi missiyasının bölgəyə yerləşməsi kimi bir geopolitik şokla üzləşdiyi üçün Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərçi Şahin Cəfərli deyib. O hesab edir ki, danışıqların nəticəsində Qarabağda qanunsuz istismar edilən yataqlarda Azərbaycanın monitorinqlər həyata keçirməsi, eləcə də Laçın yolunda yüklərin yoxlanılması üçün skaner quraşdırılması (Azərbaycan sərhədçilərinin iştirakı olmadan) razılaşdırıla bilər.

"Amma dialoq doğru üsul olsa da, ümumilikdə prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil. Dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun formatdır. Yeri gəlmişkən, bu təmaslar Ruben Vardanyanı səhnə arxasına çəkən gücün Rusiya olduğu rəyini də gücləndirir".