​"Youtube" kanallarımıza haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir" -

"1 mart tarixində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalıb, onların arxivi silinib".

Metbuat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd olunub.

"Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır", - deyə bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR