“WhatsApp”dan xəbərdarlıq -

“WhatsApp” istifadəçilərə xəbərdarlıq edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, mesencerin rəhbərliyi aktiv olmayan şəxsi istifadəçi hesablarını siləcək. Məlumata görə, bu qərar “WhatsApp”da 120 gün və ya daha çox aktivliyi olmayan istifadəçiləri əhatə edə bilər. Bildirilir ki, həmin istifadəçilər hesabını və məlumatları bərpa edə bilməyəcək.

“WhatsApp” şirkətindən qeyd edilib ki, aktiv olmayan hesabların silinməsində məqsəd yüklənməni tənzimləməkdir. Hesabların silinməsi ilə ümumi yaddaş həcminə qənaət ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR