İranda daha altı nəfər edam hökmünə məhkum edilib

İranın Əhvaz şəhərinin İnqilab Məhkəməsi “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı”nın altı silahlısını ölüm cəzasına məhkum edib.

Metbuat.az Tasnim-ə istinadən xəbər verir ki, onlar Bəsic silahlılarının iki döyüşçüsü, həmçinin bir polis və bir əsgəri öldürməkdə təqsirli biliniblər.

İranda terror təşkilatı kimi tanınan “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” 1999-cu ildən Xuzistan əyalətində fəaliyyət göstərir. Onun üzvləri Xuzistan əyalətinin İrandan ayrılaraq orada ərəb dövləti yaradılmasını istəyirlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR