Pikedən qəribə davranış -

Sosial şəbəkələrdə “Barselona”nın sabiq futbolçusu Jerar Pike və hazırda klubda çıxış edən Frenki de Yonqun tribunada olarkən çəkilmiş videosu yayılıb.

Metbuat.az xəbər verir ki, Frenki de Yonq sevgilisinin yanında oturmaq üçün yuxarı sıraya qalxmağa cəhd göstərib. Lakin Pike buna imkan verməyib. Yerindən qalxmayan Pike Frenki de Yonqa qəribə reaksiya verib. Nəticədə de Yonq Pike ilə eyni sırada sonuncu yeri tutmalı olub. Məlumata görə, Pike əslində düzgün yerdə oturmayıbmış.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR