Türkiyəyə xəbərdarlıq:

Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan yeni zəlzələ ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, Ahmet Ercan bildirib ki, Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələ proqnozlaşdırılır.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 47 mindən çox insan həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR