Mahsunun konsertində duyğulu anlar -

Məşhur müğənni Mahsun Kırmızıgül 17 il sonra azərbaycanlı pərəstişkarları qarşısında çıxış edib.

Metbuat.az xəbər verir ki, Bakı Konqres Mərkəzində reallaşan konsert zamanı duyğulu anlar yaşanıb.

Belə ki, səhnədə olan böyük monitorda Vətən müharibəsi şəhidi Anar İsrafilovun Mahsunun sevilən ifalarından olan "Annem-annem" adlı mahnısını səsləndirdiyi görüntülər yer alıb.

Mahsun şəhidin atasını səhnəyə dəvət edib. O, Anarın övladları ilə birlikdə səhnəyə çıxaraq oğlunun Mahsunun ifalarını çox sevdiyini və hər zaman ifa etdiyini deyib.

Sənətçi Anar İsrafilovun övladlarının təhsil xərclərini öz üzərinə götürdüyünü deyib.

Qeyd edək ki, A. İsrəfilov 1990-cı il yanvarın 4-də Ağdaşda anadan olub. O, 2020-ci il sentyabrın 27-də vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da isə elə həmin istiqamətində şəhid olub. İsrəfilov Ağdaş rayonunda dəfn olunub. Ölümündən sonra Anar Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən. “Vətən uğrunda” medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR