​“Rusiya Ukraynadakı məqsədlərinə ancaq hərbi yolla nail ola bilər” -

“Rusiya Ukraynadakı məqsədlərinə ancaq hərbi yolla nail ola bilər”.

Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqerin açıqlamalarına münasibət bildirən Peskov bildirib ki, Ukrayna məsələsinin sülh yolu ilə həlli üçün lazımi şərait yaradılmayıb. "Müəyyən edilmiş məqsədlərə nail olmaq bizim üçün prioritetdir və həmişə belə olacaq. Bu hədəflərə indi ancaq hərbi yolla çatmaq olar” - Peskov deyib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqer jurnalistlərə açıqlamasında “Qərb Ukrayna üçün sülh planı və təmas qrupu yaratmalıdır” - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR