Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib -

Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin ə(PB) məkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.

Bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR