"Togg"un satış qiyməti

Türkiyənin yerli istehsalı olan "Togg" elektromobilinin satış qiyməti bəlli olub.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, başlanğın model 85,384 manatdan ( 953 min TL) başlayır, təxminən 108 min manatadək (1 milyon 215 min TL) davam edir.

Xatırladaq ki, Türkiyənin yerli avtomobili "Togg"un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR