Güclü zəlzələnin Türkiyəyə vurduğu zərər rəsmən açıqlandı -

Kahramanmaraşda baş verən zəlzələlərin Türkiyə iqtisadiyyatına zərəri təxminən 2 trilyon lirə olaraq hesablanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Strategiya və Büdcə Şöbəsinin Türkiyə Zəlzələdən Bərpa və Yenidənqurma Qiymətləndirmə hesabatında qeyd edilib. Hesabatda deyilir:

“Türkiyə böyük, güclü və dinamik ölkədir. Türkiyə qlobal iqtisadiyyatda daşların yerindən oynadığı 2022-ci ildə 5,6 faiz artımla ən yaxşı inkişaf göstəricisinə malik ölkələrdən biri olmağı bacarıb. Əsrin fəlakətinin ölkəmizə vurduğu zərər təqribən 2 trilyon TL (103,6 milyard dollar) təşkil edir ki, bu da 2023-cü il üçün milli gəlir gözləntilərimizin təxminən yüzdə 9-una bərabərdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR