Türkiyəli nazir 15 ildən sonra

Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR