Azərbaycanda toy karvanı qəzaya düşdü: Xəsarət alanlar var

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində toy karvanında hərəkət edən "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR