Ukrayna Portuqaliyadan "Leopard - 2" aldı

Ukrayna Portuqaliyadan üç "Leopard 2 A6" tankı alıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Portuqaliyanın hədiyyə etdiyi üç "Leopard 2 A6" tankı artıq Ukraynadadır", - nazirliyin Twitter səhifəsində yerləşdirilən yazıda deyilir.

Qeyd edək ki, martın 8-də Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında bildirib ki, bu ay Kiyev Berlin və Lissabondan 21 Leopard 2A6 tankı alacaq. Onlardan 18-i Almaniya tərəfindən təmin edilməlidir. Martın 27-də Almaniya kansleri Olaf Şolz isə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri artıq Almaniyadan 18 tank alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR