Milli.Az European-a istinadən bildirir ki, FİFA prezidenti postunda 5-ci səlahiyyət müddətində olan və son seçkilərdə qalib gələn Blatterin istefasını kimsə gözləmirdi.
Fəqət, İsveçrənin Sürix şəhərində Y.Blatter mətbuat kofransı keçirdi və istefasını açıqladı.
"Seçkilər bitdi, amma çağırışlar bitmədi. FİFA-nın struktur dəyişikliklərinə ehtiyacı var. FİFA konfransının nümayəndələri mənə etimad göstərdilər, amma hamı belə etmədi. Ona görə də sələfimin seçilməsi üçün ən yaxın vaxtlarda konqresin keçirilməsini xahiş edirəm", - Y.Blatter söyləyib.
Bundan sonra Blatter heç bir şərh verməyib, jurnalistlərin suallarını cavablamayıb.
1998-ci ildən bəri FİFA-ya rəhbərlik edən isveçrəli Blatter təşkilatın 2016-cı ilin mayında keçiriləcək konqresini gözləməyərək postunu tərk etmək qərarına gəlib.
FİFA-nın növbədənkənar konqresi isə 2015-ci ilin dekabrı - 2016-cı ilin martı arasında olmalıdır. Həmin vaxtadək Blatter FİFA prezidenti səlahiyyətlərini icra edəcək.

Təəccüb

Dörd gün öncə Blatter 5-ci dəfə yenidən federasiyanın prezidenti seçilmişdi. O, futbol federasiyasını yeni prezident seçilmək üçün fövqəladə iclasın keçirilməsinə çağırıb və ona qədər prezidentlik səlahiyyətlərini yerinə yetirəcəyini deyib.

Yeni prezident seçkilərinin bir neçə aydan sonra keçiriləcəyi gözlənilir. Beynəlxalq qurumun qaydaları ilə tanış şərhçilər səsvermənin bu ilin dekabrı ilə 2016-cı ilin mart ayı arasında baş tuta biləcəyini təxmin edirlər.

Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı

79 yaşlı FIFA prezidentinin Sürixdə keçirilən mətbuat konfransı zamanı açıqladığı qərarı çoxları tərəfindən böyük təəccüblə qarşılanıb. Belə ki o, FIFA-nın bir çox yüksək səviyyəli rəsmisinin korrupsiyada ittiham olunmasına baxmayaraq, dəfələrlə özünün günahsız olduğunu bildirib.

"Amerikanın səsi" bildirir ki, ötən həftə FIFA-nın yüksək səviyyəli rəsmilərinin İsveçrədə görüşü zamanı ABŞ-ın Federal Təhqiqat Bürosu və İsveçrə polisi bir sıra reydlər keçirib. Onlar Dünya kuboku da daxil olmaqla, bir sıra beynəlxalq futbol turnirlərinin keçirilməsini təşkil etmək üçün milyonlarla dollar rüşvət almaqda ittiham olunurlar.

Blatterin Sürixdəki çıxışı televiziyada yayımlansa da, bundan əvvəl onun istefası ilə bağlı heç bir söz deyilməmişdi. İdman şərhçiləri Blatterin istefasını heç gözləmirdilər. Onlar hadisələrin inkişafını şok kimi qarşıladıqlarını bildiriblər.

Qəsd qurbanı

"FİFA prezidenti Zepp Blatter kulisarxası qəsd qurbanı olub".
Bunu BBC-yə müsahibədə onun qızı Korinn Blatter bəyan edib.
"Heç kəs günahsız deyil, lakin... o, elə adam deyil ki, pul götürsün", - Korinn Blatter deyib.
Ötən həftə FİFA-nın korrupsiyada şübhəli bilinən bir neçə yüksək vəzifəli rəsmisi həbs olunub.
Beşinci dəfə FİFA prezidenti vəzifəsinə seçilmiş Blatterin hələ ki bu qalmaqalla əlaqəsi yoxdur, lakin çoxları onu istefa verməyə çağırırlar.
Blatterin sui-qəsd qurbanı olduğuna dair suala Korinn Blatterin cavabı: "Mən deməzdim ki, bunda amerikalıların, ya britaniyalıların əli var, amma şübhəsiz, bunda səhnə dalında işləyən adamların əlaqəsi var", - olub.

"Qara qüvvələr"

"Mən bilmirəm, onlara qara qüvvələr demək olarmı, lakin onlar yaxşıca çalışıblar. Onlar ötən il sentyabr və oktyabrda çalışıblar. Necə ola bilər ki, özünü "ən qüdrətli konfederasiya" elan edən UEFA öz namizədini irəli sürməsin?" - Blatterin qızı sual edir.
2014-cü ilin sentyabrında 2018 və 2022-ci il dünya çempionatlarının keçirilməsi yerlərinin rüşvət əsasında seçildiyi ittihamları ilə bağlı araşdırmaların nəticələrini dərc etməkdən imtina etdikdən sonra istefaya məcbur etmək üçün Zepp Blatter təzyiqə məruz qalıb.

Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
İngiltərə Futbol Assosiasiyasının sədri Qreq Dyuk UEFA prezidenti Mişel Platinini bütün Avropanı birləşdirib 2018-ci il Dünya Çempionatını boykot etməyə çağırıb.
Eyni zamanda Cənubi Afrika Respublikasının mətbuatı bildirir ki, həqiqətən də Cənubi Afrika hazırda rəhbəri FİFA sıralarında korrupsiya ilə bağlı ittihamlar mərkəzində olan futbol assosiasiyasına 10 milyon dollar verib. İndiyədək CAR bu ittihamları rədd edirdi.
Korinn Blatter son günlərin hadisələrinin atasının tamamilə nüfuzdan düşməsinə səbəb olmasını inkar edir.
"Bu, yalnız onu nüfuzdan salmaq üçün, onu istefa verməyə məcbur etmək üçün edilib. Lakin sizi inandıra bilərəm ki, iki-üç həftədən sonra heç kəs bu barədə daha danışmayacaq", - o deyib.

Avropa bayram edir

FİFA ilə "müharibə" aparan UEFA Yozef Blatterin istefasını böyük ruh yüksəkliyi ilə qarşılayıb.
"Bu çətin, amma cəsarətli və dürüst qərar idi", - UEFA prezidenti Mişel Platini deyib.

FİFA-nı nə gözləyir?

Ötən həftə FİFA prezidenti postuna keçirilən seçkilərdə Yozef Blatterə 1-ci turda 73:133 hesabı ilə məğlub olmuş İordaniya şahzadəsi Əli bin Əl Hüsseyn yenidən quruma rəhbərlik etmək istəyini açıqlayıb.
Fransa yığmasının sabiq oyunçusu David Jinola da seçkilərə qatılmaq istəyir.
UEFA prezidenti Mişel Platininin də FİFA prezidenti postu uğrunda mübarizə aparacağı deyilir. Fəqət Platini hələlik bu informasiyaları şərh etməyib.
Digər namizədlər Luiş Fiqu, Jerom Şampan və Mixel van Praqdır.

Blatteri nə gözləyir?

Yozef Blatterin istefasının səbəbinin onun ABŞ-dan hədələr və ultimatumlar alması olduğu deyilir. Daha doğrusu, FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı Yozef Blatterə aşkar şəkildə bildirilib ki, əgər o, postunu dərhal tərk etməsə, həbs ediləcək.

Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
ABŞ-ın Federal Təhqiqat Bürosu bəyan edib ki, apardığı arahdırmalar nəticəsində FİFA-ın baş katibi Jerom Valkenin 2007-ci ildə KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib Ölkələrinin Futbol Konfederasiyası) prezidenti, İnterpolun axtarışda elan etdiyi Cek Uornerin hesabına 10 milyon dollar köçürübmüş.
FİFA köçürmə faktını təkzib etmədən özünə haqq qazandırmağa çalışırdı.
İsveçrə Prokurorluğundan verilən məlumata görə, Blatter istintaqa cəlb olunmayıb.
Amma ABŞ-ın Federal Təhqiqat Bürosu FİFA-nın artıq sabiq prezidenti ilə bağlı istintaq aparıldığını vurğulayıb. Bundan başqa, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi də Zepp Blatterlə bağlı təhqiqatlara start verildiyini bəyan edib.

Blatter niyə getdi?

FİFa prezidenti Zepp Blatterin postundan istefası ilə bağlı bəyanatı, gerçəkdən də, media və futbol aləmi üçün "sürpriz" oldu. Çünki 3 gün əvvəl, seçkilərdə qələbədən sonra Blatterin istefa barədə düşünmədiyi aşkardı. O anlayırdı ki, 133 milli futbol federasiyası, o cümlədən "qiyamçı" UEFA-ya daxil olan bir sıra federasiyalar onun vəzifəsində 5-ci səlahiyyət müddətində çalışmasının lehinə səs vermişdilər.
ABŞ-ın FİFA rəhbərliyinə hansı və necə təzyiqlər etdiyini nəzərə alsaq, həmin federasiyaların rəhbərləri özlərini riskə atmışdılar.
Blatter bu insanlar barədə düşünməyə bilməzdi.
Düşünməyibsə, çox pisdir.

Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Yozef Blatterin istefa qərarını açıqladığı mətbuat konfransında səmimi danışmadığı aşkar görünürdü.
DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya narahat olsa da, mundialın Moskvanın əlindən alınma şansları çox deyil. Çünki DÇ-2018-in başlanmasına 2,5 il qaldığı bir zamanda FİFA-nın yeni prezidentinin turnirin yerini dəyişdirməyə qərar verəcəyi ağlabatan versiya təsiri bağışlamır.
Lakin 2022-ci ildə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər çox narahatdır.
2022-ci ilin noyabr-dekabr aylarında dünya çempionatının Qətərdə keçirilməsi barədə qərar açıqlanandan sonra Avropanın bir sıra ölkələrinin futbol federasiyaları milli çempionatlara, Çempionlar Liqası və UEFA Kubokuna fasilə verərək Qətərə yollanmaq istəmədiklərini dedilər.
İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreyq Dayk hətta açıq söylədi: "Qətərlilərin yerində olsaydım, rahat yatmazdım".
...FİFA prezidenti Yozef Blatterin okeanının o tayından, ABŞ-dan gələn təzyiqlərə dözmədiyi aşkardır.
Amerikalılar qocanı yaman qorxudublar.

Elçin Alıoğlu
Milli.Az

Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı
Futbol siyasətə uduzdu, qoca qorxub qaçdı