Futbola gedən Papikyan bu səbəbdən

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa xəbərlərindən sonra yenidən gündəmə gəlib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, onun yanvarın 19-da hərbi hissədə çıxan yanğın səbəbindən həlak olan 15 əsgərin valideynləri ilə görüşə getmədiyi bildirilir.

Zərərçəkmişlərdən birinin vəkili Norayr Norikyanın sözlərinə görə, ötən ay nazirə görüş üçün müraciət etsələr də, bir nəticə əldə edə bilməyiblər: "Müdafiə nazirinə və hərbi prokurora valideynlərlə görüşmək üçün ərizələr verdim. Daha sonra valideynlər təkbətək görüşü üçün nazirə müraciət ediblər. Müdafiə Nazirliyi rəhbərliyinin davranışı bizi çaşdırır. Onlar zərərçəkmişlərlə görüşməkdən çəkiniblər".

Nəşr qeyd edib ki, Papikyan dünən baş tutan Ermənistan-Kipr matçıdan iştirak edib: "Əslində, nazirin futbola baxmağa vaxtı var, amma valideynlər ilə görüşməyə yox", - deyə nəşr yazıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistan KİV-i Suren Papikyanın nazir postundan gedəcəyi ilə bağlı məlumat yaymışdı. Papikyan isə iddiaları yalanlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR