Deputatlar silah gəzdirə bilər?

Məlum olduğu kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında güllələnib.

Dövlət Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirdi ki, “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq deputat Fazil Mustafaya qarşı terror aktı törədilib.

TƏBİB-in məlumatına görə, hazırda Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir.

Bu məsələ artıq deputatların təhlükəsizlik məsələlərini də gündəmə gətirir.

Bəs deputatların təhlükəsizliyi necə təmin olunmalıdır? Deputatlar silah gəzdirə bilərmi?

Metbuat.az xatırladır ki, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR