Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir.

Metbuat.az xəbər verir ki, bu barədə modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.

“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib.

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.